Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarsdan Bakıya dəmiryolu ilə yükdaşımaların vaxtının azaldılması təklif olunub

Qarsdan Bakıya dəmiryolu ilə yükdaşımaların vaxtının azaldılması təklif olunub


"Bu gün Qarsdan dəmiryolu ilə göndərilən yüklərin Bakıya çatması 70 saata reallaşır. Bu müddəti azaltmaq lazımdır".

Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turagay bu gün Bakıda keçirilən Türkiyə, Azərbaycan və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclasında bildirib.

Onun sözlərinə görə, bu gün Bakıda aparılan müzakirələr Bakı -Tbilisi -Qars dəmir yolu xəttinin daha fəal şəkildə istifadə edilməsinə səbəb olacaq: "Hazırda ölkələrimiz arasında dəmir yolu xətti üzrə yükdaşımalar çox aşağı səviyyədədir, lakin dəmir yolu ilə yükdaşımalar artan ticarətin çox önəmli hissəsini təşkil edir. Biz Bakı- Tbilisi- Qars dəmir yolu xəttini istənilən səviyyədə istifadə edə bilmirik. Dünya ticarəti sürətli şəkildə inkişaf edir, buna uyğun da tranzit əlaqələrinin, infrastrukturun inkişafı mühümdür, buna uyğun addımlar atılmalıdır".

Xatırladaq ki, iclasda Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş imzalanıb.

Sazişin məqsədi hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsidir.
Xəbəri paylaş