Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər avqustun 24-də baş tutacaq.
Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.