"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Antonio Quterreş ağır işə girişiblər, hər ikisi Rusiya-Ukrayna savaşını dayandırmağa çalışır və bu məqsədlə Ukraynaya gediblər. Ərdoğan və Quterreş Rusiya ilə Ukrayna arasında taxıl anlaşmasını təmin etdilər, bu uğurlarını davam etdirmək istəyirlər".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, ancaq işğalçı savaşı dayandırmaq üçün Rusiyanı və Ukraynanı razı salacaq təkliflər hazırlamaq çətindir:
"Buna baxmayaraq, Ərdoğan-Quterreş ikilisi qətiyyyətlidir, müsbət nəticə hər ikisi üçün vacibdir. Ərdoğan gələnilki prezident seçkisi öncəsində reytinqini yüksəltmək, Quterreş isə rəhbərlik etdiyi təşkilatın nüfuzunu artırmağı planlaşdırır".
Mehman