Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AMEA Rəyasət Heyətinin iclası keçirilib, qurumun yenidən formalaşdırılması müzakirə olunub

AMEA Rəyasət Heyətinin iclası keçirilib, qurumun yenidən formalaşdırılması müzakirə olunub


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə "Report"a AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli məlumat verib.

O bildirib ki, toplantıda Prezident İlham Əliyevin müvafiq fərmanından irəli gələn məsələlər müzakirə olunub:

"İclasda AMEA-nın qarşısında duran məsələlər, yenidən formalaşdırılması və AMEA-nın fəaliyyətinin tənzimlənməsi kimi məsələlərə baxılıb. Tövsiyə xarakterli təkliflər də səsləndirilib. Nizamnamənin hazırlanmasına dair məsələ də müzakirə edilib. Artıq əsas xəttlər də Rəyasət Heyətinin üzvləri ilə birgə müzakirə olunub. Sentyabrda yeni nizamamənin ilkin variantı Nizamnamə Komissiyasının iclasında müzakirəyə çıxarılacaq".
Xəbəri paylaş