Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda 16 yaşlı oğlan itkin düşüb

Bakıda 16 yaşlı oğlan itkin düşüb


Bakıda 16 yaşlı oğlan itkin düşüb.

Newscenter.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 17-də paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Hüseynov Elşad Həbib oğlu yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəbəri paylaş