Milli Məclisin deputatı Sevinc Hüseynova seçicilərlə görüşü çərçivəsində Gədəbəy rayonunda Vətən müharibəsi qaziləri, eləcə də rayonun Gərgər və Daryurd kəndlərindəki seçicilərlə görüşüb.
Newscenter.az Sevinc Hüseynovanın Deputat Qərargahına istinadən xəbər verir ki, Gədəbəy şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib.
Daha sonra Gədəbəy Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib. Görüşdə dövlətimiz tərəfindən şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan geniş bəhs edilib. Eyni zamanda, qazilərimiz fərdi qaydada dinlənilib, onların qayğı və problemləri ilə maraqlanılıb.
Həmçinin Gərgər və Daryurd kəndlərində seçicilərlə də görüş baş tutdu. Bununla yanaşı, deputat qərargahında da seçicilərin qəbulu keçirilib.
Müraciətlər əsasən əlilliyin qiymətləndirilməsi, məşğulluq, kənd təsərrüfatı, su təchizatı, Daryurd kəndinin qazlaşdırılması və digər məsələlərlə bağlı olub.
Mehman