Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Azərbaycana səfər edə bilər.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, o, bu barədə Türkiyənin “Ulusal” kanalına müsahibəsində deyib.
E.Tatar həmçinin Prezident İlham Əliyev ilə Türkiyədə keçirdiyi görüşdən də danışaraq müzakirələrin səmimi keçdiyini söyləyib.