Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayacaq.
D qrupunda çıxış edəcək yığma avqustun 20-də ilk oyununu Gürcüstan millisinə qarşı keçirəcək. Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, Bakıda Voleybol Mərkəzində baş tutacaq görüşə saat 18:00-da start veriləcək.
Qeyd edək ki, yığmamız AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya millilərinə qarşı mübarizə aparacaq.
Ümumilikdə təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək.
AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.
Oruc