İNFRASTRUKTUR
19 Avqust , 2022 17:34
Saleh Məmmədov Qaxda vətəndaşları qəbul edib
Saleh Məmmədov Qaxda vətəndaşları qəbul edib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qax rayonunda vətəndaşları qəbul edib.
Newscenter.az Agentliyə istinadən xəbər verir ki, qəbul Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilib.
Qəbulda Qax və Şəki rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
S.Məmmədov şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbir görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb
Sevinc