Azərbaycanda son sutkada koronavirus infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, 396 nəfər müalicə olunaraq sağalıb.
Newscenter.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, son sutkada COVID-19-dan ölən olmayıb.
Ölkədə bu günədək ümumilikdə 807 984 nəfər koronavirusa yoluxub. Onlardan 794 621 nəfər müalicə olunaraq sağalıb, 9 784 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 579 nəfərdir.
Son gün ərzində 3 120, hazırkı dövrədək isə 7 116 736 test aparılıb.