Batma təhlükəsi ilə üzləşən 23 nəfər xilas olunub.
Newscenter.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Qızılqum”, “Mingəçevir”, “Hövsan”, “Goradil” sularda xilasetmə məntəqələrinin ərazisində və “Sumqayıt”, “Mingəçevir”, “Nardaran”, “Qızılqum”, “Şüvəlan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 23 nəfər xilas edilib.