Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DEPUTAT: Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki,.....

DEPUTAT: Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki,.....


Azərbaycanla Ermənistan arasında əlaqəni təmin edəcək yeni salınmış yolla bağlı müxtəlif spekuliyasiyalar müşahidə olunur və görünən də odur ki, ölkəmizin daxilindəki bəzi satqın dairələrin də alət olduğu bu tip manipuliyasiyalara hələ çox şahidi olacağıq. Amma kimin nə deməyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bilməlidir ki,

Birincisi, istifadəyə verilən yeni yol 10 noyabr kapituliyasiya aktının 6-cı maddəsinə müvafiq olaraq salınıb, üç tərəfli müqavilənin şərtlərinə əməl etmək isə Ermənistanın da qarantor Rusiyanın da rəsmi öhdəliyidir.

İkincisi, yolun istifadəyə verilməsi bizi yalnız Laçın şəhəri, Zabux və Sus kəndlərinə qaytarmaqla kifayətlənmir, yeni kommunikasiya xətti həm də Azərbaycanın bölgənin nəqliyyat infrastrukturu üzərində elə mütləq strateji nəzarəti imkanını təmin edir ki, ikinci-üçüncü ölkələrdən Qarabağdakı erməni vətəndaşları alətə çevirərək yenidən separatizm meyllərinə rəvac verilməsi və Azərbaycansız birbaşa təmasların qurulması ehtimalı heçə enir.

Üçüncü və ən vacibi, Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Zəngəzur bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdacağıq və qayıdırıq. Bu mənada, salınan yeni yol Ermənistanla Qarabağ iqtisadi rayonunu yox, Azərbaycanla Qərbi Zəngəzuru, Göyçəni və İrəvanı birləşdirən kommunikasiya xəttidir və bu yolla biz Qərbi Azərbaycana, öz ata-baba torpaqlarımıza tarixi dönüşü təmin edəcəyik.

Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı
Xəbəri paylaş