Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

FHN-nin çoxsaylı və bu sahəyə aidiyyətsiz qurumları

FHN-nin çoxsaylı və bu sahəyə aidiyyətsiz qurumları


Fövqəladə Hallar Nazirliyi (FHN) yüksək rütbəli və vəzifəli kadrlarının səlahiyyət hüdudsuzluğu qüsurlarının ortaya çıxmasından sonra, ölkə və cəmiyyətdə bu struktura suallar, fikirlər yaranır.

FHN-nin struktur tərkibini arayıb sorğuladıq və fərqli, təəccüb qalınası "nahənglik" aydın edildi. Nazirliyin tərkibində saysız çoxsaylı müxtəlif və bu ixtisasa sahəyə aidiyyətsiz qurumlar varmış.

▪️Dövlət Yanğından Mühafizə Xidməti
▪️Dövlət Yanğın Nəzarəti Xidməti
▪️Mülki müdafiə qoşunları
▪️Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi
▪️Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi
▪️Su Ehtiyatları Dövlət Agentliyi
▪️Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi
▪️Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti
▪️Xüsusi Riskli Xilasetmə Xidməti
▪️Xəzər Hövzə Qəza-xilasetmə Xidməti
▪️Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi
▪️«İzotop» xüsusi kombinatı
▪️Əməliyyat-istintaq idarəsi
▪️Əsaslı Tikinti idarəsi
▪️Maddi-Texniki Təchizat İdarəsi
▪️Xüsusi Aviasiya dəstəsi
▪️Fövqəladə Hallar Nazirliyinin Akademiyası
▪️İdman-sağlamlıq klubu
▪️Tibb Xidməti

▪️Nazirliyin 9 regional mərkəzi:

Bakı, Sumqayıt, Şimal-qərb, Şimal, Gəncə, Aran, Muğan, Qarabağ, Cənub Regional Mərkəzləri.
▪️Nazirlik strukturunda 8 baş idarə və 6 idarə:

- Fövqəladə halların xəbərdarlığı və daxili təhlükəsizlik Baş İdarəsi
- Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi
- Kadr siyasəti Baş idarəsi
- Maliyyə-iqtisadiyyat Baş idarəsi
- Baş əməliyyat idarəsi
- Mülki müdafiə işinin təşkili Baş idarəsi
- Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi
- Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi
- Hüquq idarəsi
- İctimaiyyətlə əlaqə idarəsi
- Beynəlxalq əlaqələr idarəsi
- Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi
- Komendant xidmətinin təşkili və texniki təminat idarəsi
- Nəzarət-təftiş idarəsi

Heç bir nazirlikdə olmayan sayda 8 müavin var. Və nə qədər də yüksək maaş, rütbəli və vəzifəli generallar, zabitlər. Lazımlı-lazımsız xeyli bahalı xidməti maşınları, texnoloji və texniki vasitələri.

Bax, belə. Sovetlər kimi böyük, atom və dünya siyasi-hərbi qütb dövlətində heç, FHN yox idi.
Və bu Nazirlik yaradılmamışdan əvvəl Nazirlər Kabinetində Fövqəladə Hallar üzrə Komissiya fəaliyyət göstərib və ölkə fəlakətdən batmaylb.

Bir nazirliyi əlinə keçən aidiyyət, ya aidiyyətsiz qürumlarla, layiqli-layiqsiz kadrlarla doldurub, dövlətin büdcəsi hesabına belə 'şişirtmək' olar? Bunun da üstünə bu nazirliyin rəhbərliyinin bir neçə daha, komitə və nazirliyi öz təsirinə alma və üstəlik, saysız-hesabsız şirkət və holdinqlər saxlamasını gələndə... bunun da üstünə, xarici əlaqə, dayaqları gələndə, ortaya faktiki olaraq ayrıca "güc-iqtisadi imperiya" Oliqarxiyası çıxır. Və bu Oliqarxiya "imperiyası" dövlət büdcəsinə və inhisarçılıq yolu ilə iqtisadiyyata, kiçik-orta sahibkarlığa, xalqın cibinə nə kimi ziyan vurur?
Və sonda sual FHN naziri və bütün bu nahəng şəbəkə rəhbəri cənab, Kəmaləddin Heydərova yönəlir: bunların yaranışında məqsəd nə imiş?! Bax, bu sual da xüsusilə, vacib araşdırılmalıdır.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş