Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sonuncu görüş 22 mayda Brüsseldə olmuşdu. Şarl Mişel görüşdən sonra elan etmişdi ki, yenidən Brüsseldə iyul və ya avqust ayında görüşəcəklər. İyul arxada qaldı, avqust ayı da bitmək üzrədir, hələlik Brüsseldə Azərbaycan prezidentinin köməkçisi ilə Ermənistanın Təhlükəsizlik Şurasının sədri görüşüblər.
Liderlərin may ayındakı görüşündə sərhədin delimitasiyası, tranzit məsələləri, sülh müqaviləsinin müzakirəsinin davamı barədə razılıq var idi. Bundan başqa Şarl Mişel demişdi ki, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məsləhət Qrupunun işini təşviq edəcək. Görüşdən keçən 3 ayda bunların heç birinə nail olunmayıb, Nikol Paşinyan vaxtı uzatmaqla məşğuldur. Şarl Mişel yaxın günlərdə liderlərlə yenidən görüşəcəksə, maydakı razılaşmaların niyə yerinə yetirilmədiyini Nikol Paşinyandan soruşmalıdır.
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin sədri