Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səfir: "Bu şərəfli və məsuliyyətli vəzifədə dövlətimi layiqincə təmsil edəcəyəm"

Səfir: "Bu şərəfli və məsuliyyətli vəzifədə dövlətimi layiqincə təmsil edəcəyəm"


"Növbəti dəfə mənə etimad göstərərək Azərbaycan Respublikasının Argentinada səfiri vəzifəsinə təyin edən Möhtərəm cənab Prezident İlham Əliyəvə minnətdarlığımı bildirirəm".

Newscenter.az xəbər verir ki, bu fikirləri dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə Argentinaya yeni təyin olunmuş səfir Rəmzi Teymurov özünün facebook sosial şəbəkə hesabında qeyd edib.

Diplomat qeyd edib ki, bu şərəfli və məsuliyyətli vəzifədə dövlətimizi layiqincə təmsil edəcək:

"Azərbaycan və Argentina arasında münasibətləri daha da inkişaf etdirəcəyimə əminliyimi ifadə edirəm! Təbrik məsajlarına və xoş arzulara görə hər kəsə təşəkkür edirəm".

Mehman
Xəbəri paylaş