"Bu gün səhər Siyəzən rayonunun bələdiyyə ərazisində başlayan yanğın hazırda meşə sahəsinə keçib,
Newscenter.az xəbər verir ki, bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib.
O qeyd edib ki, yanğının söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür:
"Şabran rayonu ərazisindəki yanğın isə lokallaşdırılıb. Şabran və Siyəzəndə baş verən yanğınlar hamımızı sarsıtdı, yenə də insanların ehtiyatsızlığından təbiətimiz zərər gördü. Yanğın başlayan gündən ETSN-in yerli qurumlarının bütün əməkdaşları, FHN-in yanğınsöndürənləri, ictimaiyyət nümayəndələri yanğının daha geniş ərazilərə keçməsinin qarşısını almaq üçün çalışırlar”.