Yeni tədris ilinin başlanğıcında yenə eyni mövzu müzakirə olunur: məktəbli forması. Hamıya bəlli bəla haqqında danışmaq, yazmaq bəlkə də başağrıdıcıdır, ancaq təhsil sahəsi strateji sahə olduğundan bu mövzu daimi gündəlikdə olmalıdır. Yeni görünüş almış Elm və Təhsil Nazirliyi nədənsə islahatı formanın, adın dəyişdirilməsi kimi başa düşür, mahiyyət isə heç vacib də deyil. Axı ay təhsil nazirliyi məktəbli forması, Təhsil Nazirliyin adının dəyişdirilməsinin təhsilin keyfiyətinə necə təsir edə bilər?! Niyə hamını mahiyyət yox, xarici görünüş maraqlandırır hə...
Əgər siz həqiqətən təhsildə düşdüyümüz quyudan, daha doğrusu bizi saldığınız quyudan çıxış yolu tapmaq istəyirsiniz bunun üçün elmi iş yazmaq, ya da müdafiə etmək, qısası alim olmaq lazım deyil.
Birincisi təhsil sisteminin idarəçiliyinə təcrübəli və bu sahənin biliciləri rəhbərliyə gəlməlidir, qohumçuluğa, yerlibazlığa, klanlığa son verilməlidir.
İkincisi müəllimlərə layiqli həyat tərzini təmin edən əmək haqqı verilməlidir, təhsil sahəsinin işçilərinə xüsusi status verilməli, onları hörmətdən salınan peşə failiyyətlərindən kənar işlərə cəlb edilmələri qadağan edilməlidir.
Üçüncüsü müəllimlərin imtahanları, sertifaklaşdırılması dayandırılmalı-əgər Ali diplom təhsil haqqında diplomu varsa əlavə sənədlərə nə ehtiyac var ki? Ya özünüz verdiyiniz diplomun möhtəbərliyinə, keyfiyyətinə inanmırsız, bəlkə tanımırsız o diplomları?!
Dördüncüsü, elmi dərəcəli müəllimlərlə yaşı 80-i yuxarı keçmiş "akademiklərin" əmək haqqları arasında 2000 manatlıq fərq, uçurum götürülməlidir.
Ən BAŞLICASI: bütün təhsil sistemində, məktəblərdə, ali təhsil müəssisələrində RÜŞVƏTƏ, YIĞIMLARA SON VERİLMƏLİDİR! Və sair...
Emin Amrullayev Vallah, Billah, Təhsil Nazirliyinin adının dəyişdirilməsi, bəzəkli məktəbli forması təhsildəki, biabırçılığı gizlədə bilməz, nə də keyfiyyətə müsbət təsir edə bilməz, görünüşlə deyil mahiyyəti dəyişmək gərək. Bir məmləkətdə ki, bu qədər hazırlıq kursları, repetitor varsa - deməli orta məktəb, tədris yoxdur. Bəli, cənab nazir siz bunu dəyişin!
Bir də axı, biz valideyinlər uşağın hazırlığına pul verək, məktəblərdə yığımları ödəyək, unun kisəsi 50 manat olan çörək, ya məktəbli forması alaq?! Bəs özümüz yaşamayaq?!. Biz bu vətəni çiyninimizdə daşıyırıq, düşmən qarşısına çıxıb canımızıı fəda edirik ki, doğma və cənnət vətənimizdə biz də bir gün görək.
Siz Allah imkan verin yaşayaq!
Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas