"Ölkənin şimal bölgəsində yanğınların söndürülməsi üçün min tondan artıq su istifadə olunub".
Newscenter.az xəbər verir ki, bunu "Report"un Siyəzən rayonuna ezam olunmuş əməkdaşına fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
Nazir müavini bildirib ki, yanğınlar nəticəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarından yaralanan və xəsarət alan yoxdur.