"Ermənistan danışıqlar yolu ilə Laçın dəhlizindən çıxmaq istəmirdi. 10 noyabr Birgə bəyannamənin 4-cü və 6-ci bəndini fərqli mövqedən izah edirdi. "Qisas" hərbi əməliyyatı həyata keçirilməsəydi, Ermənistan Laçından, Zabux kəndindən çıxmayacaqdı".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Ermənistan imzalanan müqaviləyə və əldə olunan razılaşmaya əməl etmirsə, Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edən 10 noyabr Birgə bəyannamənin 9-cu bəndinə uyğun olaraq onun açılmasına getməyəcək:
"Hazırda rəsmi Yerevan dəhliz verməyəcəyini rəsmən elan edir. Göründüyü kimi, əldə olunan yazılı anlaşmanı fərqli izah edir. Ona görə də Zəngəzur dəhlizi ilə bağlı məsələdə Azərbaycanin güc tətbiqi zərurətə çevriləcək".
Politoloq deyib ki, Zəngəzur dəhlizinin açılması, ikinci Qarabağ müharibəsinin analoji davamıdır və buna görə bəyannamədə tətbiq edilib:
"Əgər, Ermənistan buna getməyəcəksə, proseslər fərqli situasiyada davam edəcək".
Mehman