Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Türk Akademiyasının prezidenti Fərid Şəfiyevlə görüşüb.

Beynəlxalq Türk Akademiyasının prezidenti Fərid Şəfiyevlə görüşüb.


Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevlə görüşüb. Görüşdə Akademiyanın vitse-prezidenti Füzuli Məcidli və baş ekspert Timur Kozırev iştirak ediblər.

Newscenter.az xəbər verir ki, Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Akademiyanın fəaliyyəti işi ilə tanış olub, Türk Muzeyi və Kitabxanasını ziyarət edib.

Görüş zamanı Türk Akademiyası ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi arasında uzunmüddətli əməkdaşlığın qurulması məsələləri müzakirə olunub.

D.Kıdırəli qurumun məqsəd və fəaliyyət istiqamətləri barədə məlumat verib, BMT, UNESCO, ISESCO kimi mühüm beynəlxalq təşkilatlarla birgə həyata keçirilən fəaliyyətlərdən, Türkbarometr elmi-sosioloji layihəsindən, türk dünyasının tanınmış analitik mərkəzləri ilə əlaqələrdən danışıb.

Tərəflər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana gözlənilən səfəri ilə bağlı da fikir mübadiləsi aparıb, səfərin həm iki qardaş ölkə, həm də bütün türk dünyası üçün əhəmiyyətini qeyd ediblər.

Öz növbəsində Fərid Şəfiyev Beynəlxalq Türk Akademiyasının türk dünyasının elmi inteqrasiyası istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Türk Akademiyası ilə sıx əməkdaşlıq etməyə çalışır.

Sonda qonağa Türk Akademiyasının dəyərli nəşrlərindən hədiyyə edilib.

Mehman
Xəbəri paylaş