Cəlilabad rayonu Göytəpə şəhər bazarında baş verən yanğın lokallaşdırılıb.
Newscenter.az xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, hazırda soyutma işləri aparılır.
İlkin məlumata görə, yanğın nəticəsində 20-yə yaxın mağazaya ziyan dəyib.
Ümumilikdə hadisə yerinə Cəlilabaddan 4, Masallıdan 2, Biləsuvardan 1 və Salyandan 1 yanğınsöndürən maşın cəlb edilib.
Hazırda hadisənin səbəbləri və dəyən ziyanın məbləği araşdırılır.