Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova gənc dostları ilə görüşdü-FOTOLAR

Deputat Jalə Əhmədova gənc dostları ilə görüşdü-FOTOLAR


Millət vəkili Jalə Əhmədovanın gənc dostları ilə onlayn görüşü baş tutub.

Newscenter.az Jalə Əhmədovanın Deputat Qərargahına istinadən xəbər verir ki, millət vəkilinin Azərbaycanın müxtəlif bölgələrindən olan gənc dostlarının iştirakı ilə təşkil olunan görüş çox mehriban və səmimi şəraitdə keçib.

Görüşdə gənc dostlar öz təklifləri, fikirləri və layihələri haqqında Jalə Əhmədovaya məlumat veriblər və bir yerdə müzakirələr aparıblar. Millət vəkili hər bir gəncin təklifini dəyərləndirib və həyata keçirilməsi istiqamətində əlindən gəldiyi qədər köməklik göstərəcəyini bildirib. Sonra gələcək planlar haqqında ətraflı müzakirələr aparılıb və təkliflər dinlənilib.

Sonda Jalə Əhmədova gənc dostlarına öz tövsiyyə və məsləhətlərini verib. Gənc dostlar isə dəyərli vaxtını ayırıb görüşdə iştirak etdiyi üçün Jalə Əhmədovaya öz minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.



Ruhiyyə
Xəbəri paylaş