"Kremlin ideoloqu, avrasiyaçı, rus millətçisi Aleksandr Duqinin qızının avtomobilinin partladılması sui-qəsddir. A. Duqin Türk-slavyan birliyində Rusiyanın hegemoniyası ideologiyasının əsas banisi və təbliğatçısıdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Rusiyanın Ukraynaya hücumu fonunda Rusiyanın bu kimi şəxslərinə qarşı sui-qəsdlərin baş verməsi təəccüblü deyil:
"A. Duqin neofaşist ideyasının banilərindən biridir və Ukraynanın işğalında daxili auditoriya üçün əsas ideoloqdur. Bundan əlavə, Rusiya da bu kimi sui-qəsdlər sıradan hadisədir. Rusiyanın siyasi və dövlət xadimi B. Nemtsovun Kreml divarları arxasında güllələnməsi, xaricdə rusiyalı siyasilərə qarşı kimyəvi sui-qəsdlər fonunda belə bir hadisənin baş verməsi təəccüblü olmamalıdır".
Mehman