Kreml ideoloqu A. Duqinə onun qızının ölümü, partlayışı ilə nəticələnən sui-qəsd, ilk analizdə, "kim" tərəfindən hazırlanma şübhələri doğurur:
xarici kəşfiyyatın, ya daxildə narazı hökumətiçi klanlar qüvvələrin təşkil etdiyi xəbərdar aktıdır?
Fikirlər də var ki, "Özləri" qurublar belə "oyunu".
Rusiya içərisində, antiterror adı ilə, sərt siyasət başlanması və həm bu aktı Ukraynanın üstünə yıxıb Ukrayna ilə yeni müharibə tempinə haqq qazanmaq üçün. Xüsusən də, Ərdoğanla Lvov görüşdə, Zelenskinin Rusiya ilə sülhdə Putinin möveyinə inamsızlıq bəyan etməsindən sonra.
Yoxsa, Rusiya hökumətində, idarəçiliyində hər hansı vəzifəsi, qəbul edilən qərarlarında təsirli rolu olmayan qoca şovinist təlxək Duqin xarici qüvvələrin və ya kəşfiyyatların nəyinə lazımdır?
Özü də, Duqinin partladılan maşını tədbir vaxtı xüsusi xidmətin mühafizəsi altında dayanacaq yerində olub. Kənar kimsənin maşına partlayıcı qurğu yerləşdirməsi elə də mümkün görünmür.
Nə isə, versiyalar müxtəlifdir, terror isə siyasidir.
Qeyd edim ki, Duqin dünən axşam onun siyasi baxışlarının davamçısı-qızı Darya ilə tədbirdən qayıdırmış, harada ki, dəfələrlə nitq söyləmişdi. Son anda, qızı olan maşınına minməyib, fikrini dəyişib dostunun maşınına əyləşib, dal-qabaq qayıdlrmışlar qızı olduğu maşınla, partlayış anı.
Rusiya F. İstintaq Komitəsi cinayət işi başladıb.
Hadisəni təhqiq edən kriminalistlər təsdiqləyib ki, partladılan Land Cruiser maşını sürən Darya deyil, ata, A. Duqinin əməkdaşı, politoloq olub.
Hadisə yerində mütəxəssislər işləyir və müxtəlif texniki-partlayış, tibbi genetik-molekulyar və s xeyli ekspertizalar keçirilməlidir cinayət işi üzrə.
Həmin ictimai tədbirdə: "öldürmək, öldürmək!" tələb edən rus neofaşist Duqin artıq öz qızının öldürülməsimə dözməyib də xəstəxanalıq olub.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri