Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Putini idarə etməklə dünyanı təhlükələrdən sığortalayır

Ərdoğan Putini idarə etməklə dünyanı təhlükələrdən sığortalayır


Türkiyə prezidenti Ərdoğanın əvvəlcə Soçidə Rusiya prezidenti Putin ilə, sonra Lvovda Ukrayna prezidenti Zelenski və BMT Baş katibi Antonio Qutereşlə görüşü, ardınca isə Antonio Qutereşin İstanbula səfəri Rusiyanın Ukraynaya təcavüzü fonunda beynəlxalq geosiyasi mənzərəyə ümumi aydınlıq gətirir. Qərb-Rusiya və əsasən də ABŞ-Rusiya qarşıdurması qlobal ərzaq böhranının yaradan Rusiya-Ukrayna müharibəsi səbəb olub. Müharibənin əsas hərbi-siyasi hədəfi Rusiya olmaqla, eyni zamanda Rusiyanın izolyasını və təzyiqləri artıra bilən dünyada aclığa görə Rusiyanı günahlandırmaq və Rusiya dövlətinin, Putin hakimiyyətini yıxılması prosesini tezləşdirməkdir.

Əslində ABŞ başda olmaqla Qərb dünyada taxıl böhranının dərinləşməsində maraqlı tərəfdir hansı ki, Türkiyə prezidenti Ərdoğan ABŞ-ın bu planlarını pozmaqla həm dünyanı faktikin aclıqdan xilas etməklə Türkiyəni dünya gücü, özünü isə dünya lideri kimi bir daha təsfiqləyərək Türkiyəyə dünyanı ümid yeri kimi baxmağa məcbur edir. Türkiyənin rəhbərliyi ilə yaradılmış taxıl koridoru, razılaşması həm Rusiya üçün həm də Ukrayna üçün arzu olunandır. Bu razılaşma Rusiyaya siyasi, Ukraynaya iqtisadi zərurətdir.

Şovinist, işğalçılıq mahiyyətinə uyğun olan Rusiyaya, Putinə yeganə təsir imkanı olan Türkiyə, Ərdoğandır. Ərdoğan Putini idarə etməklə dünyanı idarə edir. Sözsüz ki, Putinlə Ərdoğan görüşündə Rusiyanın işğal etdiyi ZAPOROJE AES-də nüvə təhlükəsizliyinə zəmanət alıb. Qənaətim ondan irəli gəlir ki, AES-dən nüvə təhlükəsi, radiasiya dalğası Türkiyə üçün real təhlükə ehtimalı var və Türkiyə bu təhlükəni zərərsizləşdirməyə bilməzdi. Putinlə Ərdoğanın razılaşması olmasaydı Rusiyadan S400 raket kompleksinin alınmasının razılaşması da olmazdı hansı ki, S400 barədə yeni razılaşmanın tarixi gizli saxlanılmazdı. Deməli, Cənab Ərdoğan dünyanın nüvə təhlükəsizliyinə məsuliyyəti öz üzərinə götürüb.

Son günlər BMT Baş katibi Antonio Qutereşin də Ərdoğanın yanında görünməsi və tərəflərin Ərdoğanla mütamadi görüşləri və telefon əlaqələri onu deməyə əsas verir ki, yaxın müddətdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün işlər görülür və əgər Rusiya-Ukrayna müharibəsində sülh və ya hər razılaşmas əldə olunarsa bu nəticənin memarı da Türkiyə, Ərdoğan olacaq.

Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq
Xəbəri paylaş