Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrük brokeri Əbülfəz Məlikovun həbsinin pərdəarxası məqamları-"MARŞALL İŞİ"

Gömrük brokeri Əbülfəz Məlikovun həbsinin pərdəarxası məqamları-"MARŞALL İŞİ"


Keçmiş gömrük brokeri Əbülfəz Məlikovun həbsinin səbəblərindən biri "Marşall işi" ilə əlaqədardır.

Newscenter.az xəbər verir ki, belə bir ehtimalla araşdırmaçı jurnalist Cavanşir Həsənli çıxış edib. Onun spzlərinə görə, Söhbət Əbülfəz Məlikovun oğlu Murad Məlikovun Marşall adalarında qeydiyyatdan keçmiş offşor şirkətlər üzərindən Londonda biznes qurmasında gedir.

"WISEBOROUGH ESTATE LLP əmlak şirkəti hələ 2011-ci ilin noyabrında Britaniya Şirkətlər Evində qeydiyyatdan keçib. Təsis sənədlərində ilk olaraq şirkəti Marşall adalarında qeydiyyatdan keçmiş BETACITY INVESTMENT LTD, GRIFOLA TRADING LTD, MS-PROXY SERVICES LTD, PINTOX SYSTEMS LIMITED, S&P IMPEX SOLUTIONS LTD, SYTEN GROUP LIMITED, Panamada qeydiyyatdan keçmiş PAFOS BUSINESS S.A təmsil edib. 2018-ci ilin yanvarından isə Əbülfəz Məlikovun oğlu Murad Məlikov və "Karqo Şamil" kimi tanınan Şamil Heydərovun oğlu Kamal Heydarov şirkətdə rəsmi olaraq imza sahibi kimi tanınırlar".

Cavanşir Həsənli iddia edir ki, hər iki şəxs Marşall, Seyşell və Belize adalarında fəaliyyətdə olan offşor şirkətlər (TALLBERG LTD, UNIWELL, INC., INTRAHOLD A.G., IRELAND & OVERSEAS ACQUISITIONS LTD., MILLTOWN CORPORATE SERVICES LTD., MONOHOLD A.G.) üzərindən Londonda qeydiyyatdan keçmiş daha bir şirkətdə - CTR UNIVERSAL LLP-də imza sahibidirlər".

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Xəbəri paylaş