"Yeni yolun tikintisi ilə birlikdə Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması bu ərazilərdən didərgin salınmış on minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmin olunmasına şərait yaradır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva Laçın şəhərindən yan keçməklə yeni çəkilmiş yol barədə fikirlərini ifadə edərkən səsləndirib. Millət vəkili qeyd edib ki, Laçının Azərbaycanın nəzarətinə qaytarılması beynəlxalq hüquq və ədalətin yerinə yetirilməsinin bariz nümunəsidir:
"Bu, ümumilikdə münaqişədən sonrakı normallaşma üçün mühüm addım olacaqdır!".
Ruhiyyə