Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müharibə daha aqressiv forma almağa başlayıb

Müharibə daha aqressiv forma almağa başlayıb


"Rusiyanın rəsmi strukturları Aleksandr Duqinin qızının avtomobilinin partladılmasını terror hadisəsi kimi qiymətləndirsələr də, hələ ki, Ukraynanın adını çəkmirlər. Buna baxmayaraq, ayrı-ayrı rusiyalı siyasətçilər, ekspertlər və jurnalistlər partlayışda “Ukrayna izi” axtarmağa başlayıblar".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. Onun sözlərinə görə, bir neçə ay əvvəl də belə xəbər yaymışdılar ki, Ukrayna kəşfiyyatı guya rusiyalı jurnalist və aparıcı Vladimir Solovyova qarşı da sui-qəsd planı hazırlayıb, Rusiyanın güc strukturları son anda bunun qarşısını alıblar:

"Əlbəttə, ukraynalıların bəlli səbəblərdən şovinist Solovyovdan zəhlələri gedir, ancaq jurnalisti öldürmək təşəbbüsü ağır ittihamdır".

Politoloq onu da deyib ki, ukraynalıların bəlli səbəblərdən Duqindən də xoşları gəlmir:

"Ona görə bu qətl belə qələmə veriləcək ki, Ukrayna kəşfiyyatı Rusiyada müharibə və işğal tərəfdarı olan şovinistlərə göz dağı vermək istəyir. Belə baxanda Rusiyanın da Ukraynada, o cümlədən Kiyev və Xarkovdakı killer qruplarının müharibədən əvvəl və müharibə gedişatında törətdikləri qətllər az deyil, Ukrayna təhlükəsizlik xidmətinin əməkdaşlarının maşınları partladılırdı. Müharibə daha aqressiv forma almağa başlayıb".

Mehman
Xəbəri paylaş