Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nizami Gəncəvi irsinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı görüşlər keçirilib

Nizami Gəncəvi irsinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı görüşlər keçirilib


Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin irsinin dünyada daha geniş tanıdılması və təbliği ilə bağlı görüş keçirilib. Newscenter.az xəbər verir ki, AMEA-nın Gəncə bölməsində təşkil olunan görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəsmisi Elmar Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Millət vəkili Pərvin Kərimzadə, bir sıra idarə və müəssisələrin rəhbərləri, nizamişünas alimlər və ədəbiyyatçılar iştirak ediblər.

Görüşdə bildirilib ki, Nizami Gəncəvi irsi Azərbaycan xalqının mənəvi sərvətidir. Bu sərvətin qorunması, tədqiqi və təbliği Azərbaycan dövlətinin yeritdiyi siyasətin tərkib hissəsidir və daim diqqətdə saxlanılır. Ölkəmizdə nizamişünaslığın inkişafına xüsusi diqqət yetirilir və Nizami Gəncəvi irsinin dünya miqyasında təbliğində mühüm işlər görülür.

Qeyd olunub ki, şair-mütəfəkkir Nizami Gəncəvi öz yaradıcılığı ilə təkcə milli ədəbiyyatımıza, Şərq ədəbiyyatına deyil, bütün bəşər ədəbiyyatına böyük töhfələr bəxş edib. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzlərindən olan Gəncə ilə bağlıdır. O, ömrü boyu burada yaşayıb yaradıb və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş edib. Nizami Gəncəvi irsinin geniş təbliği Azərbaycanın zəngin mədəniyyətinin dünya ictimaiyyətinə nümayiş etdirilməsi baxımından da olduqca önəmlidir.

Çıxış edənlər Nizami Gəncəvi irsinin daha geniş araşdırılması, dünyada tanıdılması və təbliği ilə bağlı bir sıra təkliflər səsləndiriblər.

Daha sonra Nizami Gəncəvi Məğbərəsi ətrafındakı yaşıllıq ərazinin genişləndirilərək, burada meşə zolağının yaradılmasına dair torpaqşunaslarla və əlaqədar qurumların yerli nümayəndəlikləri ilə görüş keçirilib.
GDU-nun Nizami Gəncəvi adına konfrans zalında keçirilən görüşdə bildirilib ki, Gəncənin yaşıl şəhərə çevrilməsi istiqamətində bir sıra addımlar atılır, müvafiq işlər görülür. Şəhərinin müxtəlif ərazilərində yeni yaşıllıq zolaqları salınır, mövcud yaşıllıqlara isə mütəmadi şəkildə qulluq edilir. Bu da öz növbəsində şəhərin ekoloji vəziyyətinə öz müsbət təsirini göstərir.

Müzakirələr zamanı Nizami Gəncəvi Məğbərəzi ətrafındakı meşə zolağının genişləndirilməsi, bu istiqamətdə görülə biləcək işlər və digər məsələlər ətrafında danışlıb, torpaqşünaslar, ekoloq və digər mütəxəssislərin təklif və fikirləri dinlənilib.

Sevinc
Xəbəri paylaş