Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəhbərlə işçi arasında müəyyən subordinasiya qaydaları olmalıdır

Rəhbərlə işçi arasında müəyyən subordinasiya qaydaları olmalıdır


"İşçi və rəhbər arasında olan münasibətlər işin gedişinə ciddi təsir göstərir. Bu səbəbdən də rəhbərlə işçi arasında mütləq güvən və hörmət olmalıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirub. O bildirib ki, yaxşı rəis rəhbərlik etdiyi sahə haqqında müfəssəl bilgilərə, insanlarla ünsiyyətdə xüsusi yanaşmaya sahib olmalı və psixologiyanı bilməlidir:

"Çətin situasiyalarda sürətli, çevik qərar vermə qabiliyyətinə malik olmaqla yanaşı, həmçinin, işçilərə motivasiya verərkən və tənqid edərkən balansı gözləməlidir. Tapşırıq və ünsiyyət zamanı işçilərlə empatiya (özünü başqasının yerində hiss etmə) hissini qorumalıdır. Eyni zamanda rəhbərlə işçi arasında müəyyən subordinasiya qaydaları olmalıdır. Çünki bu olmadıqda bütün körpülər qırıla bilər. Həddindən artıq səmimiyyət müəyyən məsələlərdə işin gedişinə mənfi təsir göstərə bilər. Bununla yanaşı, rəhbərlə işçi arasında həddən artıq rəsmi münasibətin də tərəfdarı deyiləm".

Hüquqşünas qeyd edir ki, rəhbər daima işçiyə açıq olmalıdır:

"İşçi öz təşəbbüslərini, problemlərini dilə gətirməkdən çəkinməməlidir. Rəhbər özü də işçiyə qarşı diqqətli və məsuliyyətli olmalıdır. Biz günümüzün böyük hissəsini işdə keçiririk. Ona görə də bir komanda olaraq bir-birimizə dəstək olmalıyıq. Xüsusilə də eyni strukturda çalışan əməkdaşlar daha mehriban olmalıdırlar. Zənnimcə hazırda xidmətdə yaxşı əməkdaşlar çoxdur. Amma yaxşı lider azlıq təşkil edir. Yaxşı lider işçiyə etibar etməli, lazım olanda köməyini təklif etməli, səmimi kommunikasiya ilə onun nailiyyətlərini qeyd etməli və inkişafa ehtiyac olan bacarıqlarını dostyana bildirməlidir. Hal-hazırda İşlədiyim kollektivdə rəhbərlə işçilər arasında iyerarxiya hiss olunmur və hamı bir–birinə öyrənmə mənbəyi kimi davranır. Digər əməkdaşlarla birlikdə fikirlərimizi paylaşırıq, şəxsi və peşəkar inkişaf üçün əlimizdən gələni əsirgəmirik. Çünki qeyd etdiyim kimi bir kollektivin mərkəzində işçi amili olmalıdır. Məncə, inkişafa başqa alternativ yoxdur".

Əli İbrahimov hesab edir ki, rəhbərlə işçi arasındakı məsafə nə qədər böyük olarsa bir o qədər səmimiyyətsizlik və uçurum olacaq:

"Çünki münasibətlərdə səmimiyyət çox vacibdir. Rəhbər işçiyə işçi kimi deyil, insan kimi yanaşmalıdır əvvəlcə. Biz yalnız o zaman əsl iş mühitindən danışa bilərik. Bütün işçilərə eyni gözlə baxılmalı, ayrı-seçkiliyə yol verilməməlidir".

Mehman
Xəbəri paylaş