Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səlim Müslümovun İsveçrədəki evi-FOTO

Səlim Müslümovun İsveçrədəki evi-FOTO


Hazırda həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazir işlədiyi illərdə qeyri-qanuni yollarla əldə etdiyi milyonları ölkədən kənarda daşınmaz əmlak, xeyli sayda mülk almağa sərf edib.

Newscenter.az-ın araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadən verdiyi xəbərə görə, sabiq nazirin dəyəri milyonlarla dollarla ölçülən mülklərindən biri İsveçrədə yerləşir.

Cavanşir Həsənlinin sözlərinə görə, sabiq nazirin vəzifədə olarkən İsveçrədə almış olduğu ev oğlu Asim Müslümlünün adınadır:

"Səlim Müslümovun oğlu hazırda İsveçrənin Cenevrə şəhərində yaşayır. Ev Cenevrənin Ch. Jacques-Attenville 13E, 1218 Le Grand-Saconnex ünvanında yerləşir".

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəbəri paylaş