SOCAR baş ofisində çalışan rəsmilərinin aylıq əmək haqqına böyük məbləğlərdə əlavələr edilib. Newscenter.az-ın xəbərinə görə, bu barədə sosia şəbəkə hesabında məlumat verən Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı qeyd edilən artımı ədalətsiz hesab edib. Mirvari Qəhrəmanlı dənizdə ağır şəraitdə işləyən fəhlələrin əmək haqqına əlavə edilməyib SOCAR rəsmilərinin əmək haqlarına əlavə olunması ədalətli davranış deyil.
Komitə rəhbəri əmək haqlarına əlavələr edilən vəzifə sahiblərinin alacağı əmək haqqının məbləğini də diqqətə çatdırıb.
Baş ofis-Prezident aylıq əmək.haqqı-6504 AZN artım 100% 13,008 AZN
Birinci Vitse-prezident 6180 AZN artım 100% 12.360 AZN
Vitse-prezident 6048 AZN artım 100% 12.096 AZN
Birinci Vitse-prezidentin müavi. 5747 AZN artım 90% 10.919 AZN
Vitse-prezidentin müavini 5625 AZN artım 90% 10688 AZN
Vitse-prezidentin müşaviri 4202 AZN artım 80% 7774 AZN
Eləcə də digər şöbə və katibliklərdə əmək haqqı artımı 80-70, ən az halda isə 40 faiz həcmində baş verib.