Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTİ laboratoriyası İngiltərədə keçirilən səriştəlilik sınağında uğurlu nəticə əldə edib

AQTİ laboratoriyası İngiltərədə keçirilən səriştəlilik sınağında uğurlu nəticə əldə edib


Əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, kadrların səriştəliliyinin artırılması üçün təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

Newscenter.az xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Milli Referens Laboratoriyası İngiltərənin "Fapas" şirkəti tərəfindən təşkil edilən səriştəlilik sınağında iştirak edib. Belə ki, 50-dən artıq xarici laboratoriyanın da iştirak etdiyi səriştəlilik sınağı çərçivəsində laboratoriyada fındıq məhsulunda Aflatoksin B1, Ümumi aflatoksin (B1, B2, G1, G2) və Oxratoksin A parametrləri üzrə sınaqlar maye xromotoqrafiya (HPLC) cihazında müayinə edilib.

Sınaq zamanı əldə olunan göstəricilərə əsasən laboratoriya yüksək nəticə əldə edib və səriştəlilik sınağından müvəffəqiyyətlə keçib.Qeyd edək ki, bu günədək sınaq laboratoriyası müxtəlif müayinələr üzrə beynəlxalq “Laboratoriyalararası müqayisə” sınaqlarında (“Proficiency Tests”) iştirak edərək uğurlu nəticə göstərən laboratoriyalar sırasında yer alıb. Həmçinin laboratoriya Almaniyanın nüfuzlu akkreditasiya qurumu olan Deutsche Akkreditierungsstelle GmbH (DAkkS) tərəfindən beynəlxalq akkreditasiyadan keçirilib.

Sevinc
Xəbəri paylaş