Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad edilən ərazilərdə daha 562 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 562 mina aşkarlanıb


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Newscenter.az-a verilən məlumata görə, avqustun 15-dən 20-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 239, tank əleyhinə 140 mina və 125 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 562 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xəbəri paylaş