Paytaxtın Yasamal rayonunda mənzildə meyit aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Newscenter.az-a verilən məlumata görə, Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan bir nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.