Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DEPUTAT: "Qida təhlükəsizliyi artıq zəruri məsələyə çevrilib"

DEPUTAT: "Qida təhlükəsizliyi artıq zəruri məsələyə çevrilib"


Milli Məclisin deputatı Müşfiq Cəfərov taxıl idxalından asılılığa son qoymaq üçün bir neçə təklif səsləndirib.

Newscenter.az-ın xəbərinə görə, deputat qeyd edib ki, dünyada baş verən proseslər bir daha bütün dövlətlərin ən əsas siyasətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi olduğunu göstərdi. Müşfiq Cəfərov hesab edir ki, hazırda Ukranya-Rusiya savaşı dünyanın əksər dövlətlərində, həmçinin Azərbaycanda da taxıla olan ehtiyacı daha da artırdı:

"Düşünürəm ki, bu sahədə müəyyən təxirəsalınmaz işlər görməyin vaxtı gəlib çatıb. Mən istərdim iki təklif irəli sürüm. Artıq Qarabağın işğaldan azad olunması da ərzaq ehtiyatının təminatında vacib rol oynayacaqdır. Bu məqsədlə Kəlbəcərin vaxtilə xalqımız tərəfindən örüş və otlaq kimi istifadə olunan dəmyə ərazilərini taxıl əkini üçün ayrılmasını məqsədə uyğun hesab edirəm. Həmçinin Goranboyun Safkürd kəndində olan Safkürd gölündən nümünə kimi bütün dəmyə əkin sahələrinin yaxınlığında yaradılması da bu işdə xeyli irəliləyişə gətirib çıxaracaq. Bu göllər həm sahələri daşqın və sellərdən qoruyacaq həm də, su ehtiyatının göldə toplanmasına şərait yaranacaq. bununla da biz dəmyə yerlərində süni suvarma sistemi yaratmış olacağıq. Hesab edirəm ki, fermerlər yaradılan şəraitdən istifadə edərək daha çox taxıl becərməyə meylli olacaq. Susuzluq, iqlim dəyişikliyi dəmyə əkinçiliyinə ciddi ziyan vurur. Günü-gündən daha çox fermer dəmyə sahələrini buraxırlar. Çünki çəkilən əziyyətin qarşılığı olmur, hava şəraiti taxılın yetişməsinə uyğun olmadığından məhsuldarlıq çox aşağı səviyyədə olur".

Deputat bildirib ki, qida təhlükəsizliyi artıq zəruri məsələyə çevrilib:

"Münbit torpağa sahib olan Azərbaycanın belə bir məsələdə idxal asılığına son qoymaq üçün fermerlərə təkan verib, kənd təsərrüfatının inkişafını artırıb, öz qida təhlükəsizliyimizi təmin etməliyik".

Mehman
Xəbəri paylaş