Çoxumuz iş həyatımızda həm müsbət, həm də mənfi xüsusiyyətlərə malik rəhbərlərə rast gəlmişik. Qabiliyyətsiz rəhbərlə işçilərin ortaq nöqtələri vardır. Savadsız və "Diktator" rəhbərlərin əsas xüsusiyyərləri kollektivdə ayrı-seçkilik salmaqdır. Bəzən rəislər özləri ilə gətirdikləri "inandığı adam"-la bir çox məsələlərdə onlara güzəştli rəftar etməsi digər işçilər arasında ayrı-seçkiliyə səbəb olur. Belə işçilərin uğursuzlaqları görünmür, rahat işlər ona verilir ki, bu da, öz növbəsində, başqa işçilərindən gözündən yayınmır. Nəticədə işçilərin əməksevərlik ruhu ölmüş olur.
Özünü hər kəsdən ağıllı sayan və Dövlətin müəssisəsində "Somali Krallığı" yaradan bəzi rəhbərlər ədalətsizlik edərək "yaltaqlara" üstünlük verirlər. Hər bir əməkdaş, rəhbər şəxsin heç bir şeyə baxmadan bütün qərarlarında ədalətli olacağına inanır, ən azından ümid edir. Hər biriniz iş yerinizdə daim rəisin ətrafında "fırlanan", ən qısa zamanda "axırıncı" yollarla rəğbətini qazanan "yaltaq" insanlara rast gəlmişik. Bu tip işçilərin qısa zamanda uğur əldə etməsi digərlərin ruh düşkünlüyünə səbəb olur. Acınacaqlısı budur ki, gözləri ayaqlarının altını seçməyən, özlərini "Şah Süleyman" sayan bəzi "rəhbərlər" işçilərin şəxsiyyətin alçaldılması hallarına da yol verirlər.
Bəzən hər hansı bir uğursuzluq, çatışmazlıq baş verdikdə özünü "Somali Kralı" elan etmiş "rəhbər" işçilərini təhqir etməklə alçaldır. İş ehtiyacı olanlar bu hala dözmək məcburiyyətində qalır. "Rəhbər" qarşı tərəfdən cavab almadıqda onu alçaltmağa davam edir, işçi ilə əşya kimi rəftar edir. Bu tip hallar insan psixologiyasının məhvinə səbəb olur. Bundan başqa müəssisədə "Mindilli" obrazı yaradan rəhbərlərədə rast gəlmişik. Cox təəsüf ki, iş xatirinə işçilərinə müəyyən vədlər verən bəzi "rəislər" sözlərinin arxasnda durmurlar. Hər dəfə bir bəhanə ilə verdiyi sözünü yubatmaqla işçidə inamsızlıq yaradır. Bu az kimi belə tip rəhbərlər özlərini "toxunulmaz şəxs" elan edərək, əlçatmaz olduqlarını cəkinmədən nümayiş etdirirlər. Bəzi rəhbərlər "avtoritar" xüsusiyyətlərini saxlamaqla işçilər üçün əlçatmaz olur. Bir problemi olan sadə işçi heç bir yolla rəhbərin qəbuluna düşə bilmir. Bəzən elə bir insanın varlığına şübhə yaranmağa başlayır. Bir çox xidmət yerlərində rəhbərliyi təmsil edən şəxslər idarəetmə bacarığına malik olmadıqları üçün işi və işçiləri idarə edə bilmirlər. Bu tip idarəçilər "zalım" olmaqla işin uğursuzluğa nəticələnməsinə səbəb olurlar.
Adətən belə rəhbərlər özlərini "Somali Kralı" hesab edərək öz mənfi xüsusiyyətlərindən xəbərsiz olurlar. Onlara görə hər şey gözəldir, heç bir problem yoxdur. Ancaq öz dəbdəbəli həyatlarını yaşamaqda davam edirlər. Tikdirdikləri villalar, aldıqları obyektlərlə bərk öyünürlər.
Ancaq hec kəs unutmalı deyil ki, "hər kəs Qanun qarşısında bərabərdir", zaman gələcək, hər kəs öz əməllərinə görədə Qanunla cəzalanacaqlar.
Əli İbrahimov-hüquqşünas