Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən ay azad olunmuş ərazilərdə nə qədər mina zərərsizləşdirilib?

Keçən ay azad olunmuş ərazilərdə nə qədər mina zərərsizləşdirilib?


Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin avqust ayında azad olunmuş ərazilərdə zərərsizləşdirdiyi minaların sayı açıqlanıb.

Müdafiə Nazirliyindən Newscenter.az-a verilən məlumata görə, bu ay ərzində 1275 ədəd piyada əleyhinə, 16 ədəd tank əleyhinə və 281 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 1428 hektar ərazi tam təmizlənib.

"Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 25760 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7434 ədəd piyada əleyhinə, 2207 ədəd tank əleyhinə və 9911 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib", - məlumatda qeyd olunub.
Xəbəri paylaş