Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib.
Newscenter.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələr:
Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr:
Sertifikatlaşdırmanın nəticəsi üzrə Dövlət ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə (faizlə)
keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində
50 baldan yuxarı bal toplamış təhsilverənlərə 35
keçid balını toplamış digər təhsilverənlərə 10