Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nizami rayonunda iki küçənin kəsişməsindəki dairədə təmir işləri aparılıb-VİDEO

Nizami rayonunda iki küçənin kəsişməsindəki dairədə təmir işləri aparılıb-VİDEO


Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə təmir işləri icra olunub.

Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, təmir-tikinti işləri çərçivəsində dairədə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, bunun ardınca hamarlayıcı lay asfalt-beton örtüyü döşənib və asfaltlanma işlərinə start verilib.

Ümumilikdə təmir işləri 2800 kv.m sahəni əhatə edib. Son mərhələ üzrə təmir işlərinin aparıldığı ərazidə yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılıb.



Sevinc
Xəbəri paylaş