Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya FSB-sinin təhqiqat və bəyanatında ziddiyyətli hallar

Rusiya FSB-sinin təhqiqat və bəyanatında ziddiyyətli hallar


Bu gün, "Kremlin ideoloqu" sayılan Aleksandr Duqinin qızı və davamçısı olan jurnalist Darya Duqinanın qətlinin ilkin araşdırılması nəticələri barəsində Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) açıqlama yayıb. Və bu terrorda Ukrayna xüsusi xidmət orqanlarını günahlandırıb. Yəni, aparılan təhqiqat tədbirləri nəticələrinə görə:

(https://www.interfax.ru/russia/857703)

▪️Qətlin icraçısı Nataliya Vovkdur, 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı. Qadın 23 iyulda azyaşlı (11 yaşlı) qızı ilə Rusiya ərazisinə gəlib.

▪️Cinayəti törədəndən sonra uşağı ilə birlikdə Pskov vilayəti ərazisindən Estoniyaya keçiblər.
▪️Darya Duqinanın qətlini təşkil etmək üçün, onun yaşayışı, davranışı barədə informasiyalar əldə etmək məqsədi ilə Darya yaşadığı binada mənzil kirayə ediblər.

▪️Darya Duqinanı izləmək üçün Mini Cooper avtomobilindən istifadə ediblər (ana-bala). Və Rusiyaya girişdə maşına Donetsk, Moskvada Qazaxstan, tərk edəndə Ukrayna nömrə nişanı taxlblar.
▪️Qətl günü cinayətkarlar-Vovk və azyaşlı qızı Oksana Aleksandr Duqin və qızı Daryanın da iştirak etdiyi "Ənənə" adlı tədbirdə olmuşlar. Və tədbirdın sonra isə, yolda Duqinin maşınındakı distansion, detonativ partlayıcını işə salımışlar.
FSB-nin bu açıqlaması qəribəliklərlə doludur:

Sual və təəccüb yaranır ki, bir ana 11 yaşlı qızı ilə Rusiya paytaxtında, Rublyovka adlanan rus siyasi elitasının (Putin, Medvedyev, Patruşev s.) yaşadığı xüsusi mühafizə zonasında keçirilmiş mühim siyasi əhəmiyyətli və nəzarətli tədbirdə iştirak edib və o ətrafda da bu terroru törədib.

O mühüm tədbirə necə düşüb, tədbirin gedişi zamanı xüsusi mühafizə xidmətinin qoruduğu dayanacağa keçib Duqinin maşınına partlayıcı mürəkkəb qurğunu yerləşdirib? Ana-bala necə qayıdarkən, yolda, Duqin və qonaqların maşın karvanını izləyib, distansion qurğunu işə sallb?

Ana-balalı Ukrayna vətəndaşı indiki müharibə anı necə Rusiya ərazisinə keçib, necə Daryanın yaşadığı binada onu izləmək üçün o tələsik ev kirayə edə bilib? Azyaşlı uşaqla birlikdə qadının cəmi, 1 ay müddətində bu qədır fərqli, çoxsaylı hərəkətli terror hazırlığı aparması mümkünmü?

Əgər bu cür, dərəcəsinə görə çətin və təhlükəli sayılan terrorun hazırlanma və icrasnda qadına hansısa güclü təşkilatlı qüvvələr kömək edibsə, həmin qüvvələrin, bir, ana-balaya nə ehtiyacı?! Darya Duqinanı özləri izləyə bilmirdimi, qadının gedib, kirayədə və yaxud, maşını ilə tanımadığı şəhərdə etmə risqinə ehtiyac qalsın?! Partlayıcı qurğunu maşına yerləşdirmək imkanlı qüvvələr kənardan detonatoru özləri işə sala bilmirdimi?

Yəni Rusiya FSB-sinin təhqiqat və bəyanatında xeyli, məntiqlə ziddiyyətli hallar, suallar yaranır:

▪️Bir qadın azyaşlı uşaqla, bu boyda hazırlıq, təşkil və icra tələb edən terroru 1 ay müddətə kənar ölkədən gələrək, həyata keçirə bilərmi?

▪️Bu terrorun arxasında hədsiz güclü imkanlı qüvvə dayanırsa, onun hədəfi izləmə, hazırlığı və icrasını qeyri-çevik, ərazi mühiti tanımayan gəlmə və tutulan kimi də hər şeyi etiraf edən, (ən azı uşaq hər şeyi danışar) ana-balaya heç etibar edərmi?

▪️FSB niyə, terror hədəfi kimi, Duqinin özünü deyil, qızını göstərir? Bu boyda terrora gedlirsə niyə hədəf "Kreml ideoloqu" Duqinin özü deyil, jurnalist qızı seçilsin? Qəsdinsə Duqinin özünə qarşı planlanması versiyası daha sərfəli, tutarlı təbliğ, bəhanə fürsəti olmalıdı axı, Kreml üçün.

Müəmmalar, suallar çoxdur bu qətlin ətrafında. Və nəsə, FSB çox tələsib deyəsən, bu "səpkidə" nəticələrə varmaqda. Ya da ki, çox tələsdiriblər.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin sədri
Xəbəri paylaş