Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: “Ölkəmizdə mədəniyyət və incəsənət sahəsinin inkşafına xüsusi diqqət yetirilir”

Sədaqət Vəliyeva: “Ölkəmizdə mədəniyyət və incəsənət sahəsinin inkşafına xüsusi diqqət yetirilir”


Azərbaycanda iqtisadi, sosial sahələrlə yanaşı mədəniyyət və incəsənət sahəsinin inkşafı da ölkə başçımız, cənab prezident İlham Əliyevin və Azərbaycan dövlətinin diqqət mərkəzində olan əsas məsələlərdəndir. Ölkəmizdə mədəniyyət və incəsənət sahəsinin inkşafı xalqımızın Ulu Öndəri Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümumilli Liderimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də sürətli inkşaf dövrü başlamışdır. Əsası xalqımızın dühası Heydər Əliyev tərəfindən qoyulmuş bu inkşaf cənab prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilmişdir. Azərbaycan prezidenti cənab İlham Əliyev hər zaman mədəniyyət və incəsənət sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşmış, milli-mənəvi dəyərlərimizin inkişafını xüsusi diqqətdə saxlamışdır. Bu istiqamət üzrə dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilmiş, qanunlar qəbul edilmiş, sərəncamlar imzalanmışdır. Eyni zamanda mədəniyyət və incəsənətimizin inkşafında Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun böyük fəaliyyəti olmuşdur. Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin inkşafı və dünya miqyasında təbliği istiqamətində misilsiz xidmətlər göstərilmişdir.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ölkə başçımız cənab İlham Əliyev tərəfindən mədəniyyət sahəsində atılmış ən qürurverici addımlardan biri də İkinci Qarabağ müharibəsindəki şanlı qələbəmizdən sonra işğaldan azad olunmuş Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi olmuşdur:

“Ölkə başçımızın mədəniyyət sahəsinə və dünyaşöhrətli mədəniyyət nümayəndələrimizə növbəti diqqətinin təzahürü olaraq avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışında iştirakını göstərmək olar. Açılışda çıxış edən Azərbaycan prezidenti, Müslüm Maqomayevlə bağlı öz xoş xatirələrini xatırlayaraq dahi sənətkarımızın hər zaman qəlbimizdə yaşayacağını vurğuladı. Əlbətdə bütün bunlar, ölkə başçımız cənab Prezidentimiz İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinə və nümayəndələrinə olan diqqət və qayğısının bariz göstəricisidir.”

Ruhiyyə
Xəbəri paylaş