Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son bir həftədə Üçdik-Qırxqız-Sarıbaba yüksəkliklərində 1318 mina aşkarlanıb

Son bir həftədə Üçdik-Qırxqız-Sarıbaba yüksəkliklərində 1318 mina aşkarlanıb


Son bir həftədə Üçdik-Qırxqız-Sarıbaba yüksəkliklərində 1318 mina aşkarlanıb.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Üçdik-Qırxqız-Sarıbaba yüksəklikləri erməni minalarından təmizlənir. Laçın rayonu ərazisində dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən avqustun 15-dən bu günədək 1318 ədəd 2021-ci ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Qeyd olunub ki, avqust ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 1275 ədəd piyada əleyhinə, 16 ədəd tank əleyhinə və 281 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 1428 hektar ərazi tam təmizlənib. Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 25760 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7434 ədəd piyada əleyhinə, 2207 ədəd tank əleyhinə və 9911 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Xəbəri paylaş