Prezident İlham Əliyev 30 iyul 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edib.
Newscenter.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, İqtisadiyyat Nazirliyn yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri, Hərracların Təşkili Mərkəzi, Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi, İqtisadiyyat Nazirliyinin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, İqtisadi Elmi Tədqiqat İnstitutu, eləcə də Medianın İnkişafı Agentliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, onun tabeliyindəki Hüquq və İnsan Haqları İnstitutu əlavə dəyər vergisindən (ƏDV) azad edilib.