Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Dünya ictimaiyyəti növbəti dəfə Ermənistanın vandal və terror dövlət olmasına şahidlik edir

Sədaqət Vəliyeva: Dünya ictimaiyyəti növbəti dəfə Ermənistanın vandal və terror dövlət olmasına şahidlik edir


Qanunsuz Azərbaycan ərazilərində məskunlaşmış ermənilərin həmin əraziləri tərk edərkən yaşayış evlərini yandırması, meşələrə od vurması növbəti dəfə Ermənistanın vandal siyasətinin bariz sübutudur. Eyni zamanda bütün bu əməllər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bütün dünya növbəti dəfə Ermənistanın necə vandal və terror dövlət olmasına şahidlik edir. Ermənilər unutmamalıdırlar ki, törətdikləri istənilən təxribatın və vandalizmin məsuliyyətini elə özləri daşıyır.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, artıq Ermənistanın zaman uzatmaq üçün heç bəhanəsinə yer yoxdu və Ali Baş Komandanımız, cənab İlham Əliyevin dediyi kimi heç bir statusdan söhbət belə gedə bilməz. Ermənistan hakimiyyəti və Ermənistandakı revaşist qüvvələr birmənalı şəkildə anlamalıdır ki, törədilən istənilən təxribatın qarşısı Müzəffər Azərbaycan Ordusu tərəfindən layiqincə alınacaqdır və bu təxribatlar dalana dirənmiş və böhran içində çabalayan Ermənistan üçün ağır nəticələnəcəkdir:

“Ona görə də yaxşı olardı ki, təxribatlar və ölkəmizin təbii sərvətlərinə qarşı vandalizm aktı törədərək öz xain xislətlərini nümayiş etdirmək əvəzinə, Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirsinlər. Ali Baş Komandanımız, Dəmir Yumruğun sahibi cənab İlham Əliyevin bütün xəbərdarlıqlarından nəticə çıxarsın, İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətlərini və Dəmir Yumruğun gücünü unutmasınlar. Çünki ani bir unutqanlıq Ermənistanın bir dövlət kimi məhvinə gətirib çıxara bilər.”

Ruhiyyə
Xəbəri paylaş