Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Slovakiya Ukraynaya 30 PDM verəcək

Slovakiya Ukraynaya 30 PDM verəcək


Slovakiya Ukraynaya 30 ədəd piyadaların döyüş maşını (PDM) verəcək.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Zuzana Çaputova bildirib.

“Ölkəmiz Aİ, NATO-dakı tərəfdaşları ilə birlikdə dayanmayacaq, Ukraynaya siyasi və humanitar yardım, o cümlədən iqtisadi və hərbi dəstək göstərməyə davam edəcəyik. Bu gün elan etdiyimiz kimi, onlara 30 ədəd piyadaların döyüş maşını təhvil veririk”, - xanım dövlət başçısı “Krım platforması”nın ikinci sammitində deyib.

Estoniya Prezidenti Alar Karis isə öz növbəsində, Ukraynaya hərbi yardımın intensivləşdirilməsinin zəruriliyini qeyd edib.

“Biz sanksiyaları gücləndirməliyik. Daha sərt sanksiyalar tətbiq etməyi təklif edirik, çünki Rusiya yalnız atdığı addımların nəticələrini hiss edəndə müharibəni dayandıracaq”, - o söyləyib.

A.Karis həmçinin Avropada sülhə nail olmaq üçün ədalətin təmin edilməsinin vacibliyini vurğulayıb və xüsusi beynəlxalq məhkəmənin yaradılmasının tərəfdarı olduğunu deyib.

“Ukraynadakı cinayətlərlə əlaqəsi olan hər kəs cavab verməlidir”, - o əlavə edib.
Xəbəri paylaş