Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Nizami rayon təşkilatının gənclərinin I Yay Məktəbinə start verilib

YAP Nizami rayon təşkilatının gənclərinin I Yay Məktəbinə start verilib


Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gənclərinin I Yay Məktəbinə start verilib.
Açılış mərasimindən öncə Yay Məktəbinin iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü və Nizami rayonu, Keşlə qəsəbəsində Şəhidlər Xiyabanını ziyarət ediblər.

Newscenter.az xəbər verir ki, sonra YAP Nizami rayon təşkilatının qərargahında Yay Məktəbinin açılış mərasimi keçirilib.
Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Azərbaycanda həyata keçirilən gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərə olan xüsusi münasibətindən, diqqət və qayğısından, eləcə də keçirilən Yay Məktəbinin əsas məqsəd və vəzifələrindən danışıb.

Daha sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov gəncləri maraqlandıran sualları cavablandırıb.

Açılış mərasimindən sonra Yay Məktəbinin iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarət zamanı gənclərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Mərkəzlə tanışlıq Yay Məktəbinin iştirakçılarında zəngin təəssürat doğurub.

Günün sonunda gənclərin asudə vaxtının səmərəli təşkili üçün boilinq yarışı keçirilib.

Ruhiyyə
Xəbəri paylaş