Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasi şou məqsədi daşıyan mitinqlər əslində Ermənistan hakmiyyətinin son çırpıntılarıdır

Siyasi şou məqsədi daşıyan mitinqlər əslində Ermənistan hakmiyyətinin son çırpıntılarıdır


Son günlər erməni müxalifəti və Ermənistandakı revanşist qüvvələr yenidən aktivləşərək mitinqlər təşkil etməyə başlayıb. Əlbətdə mitinqlərin Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası üzrə növbəti görüş ərəfəsində keçirilməsi heç də təsadüfi deyildir. Siyasi şou məqsədi daşıyan bu mitinqlər əslində Ermənistan hakmiyyətinin son çırpıntılarıdır. Eyni zamanda bu cür mitinqlər heç bir əhəmiyyət kəsb etmir və diz üstə çökmüş, böhran içində çabalayan Ermənistanı daha da uçuruma sürükləyir.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Ermənistan cəmiyyəti bilməlidir ki, Sarkisyan-Köçəryan cütlüyü və onların rəhbərliyi etdiyi revanşist qüvvələr Ermənistanın düşdüyü bu günkü ağır vəziyyətin əsl səbəbkarlarıdır. Həmçinin Sarkisyan-Köçəryan cütlüyünün radikal, revanşist və şəxsi maraqlar üzərində qurulmuş siyasəti Ermənistana heç bir gələcək vəd etmir:

“Yaxşı olardı ki, Ermənistanda radikal müxalifət şou xarakterli mitinqlər təşkil edərək öz mənafeələrini fikirləşmək əvəzinə Ermənistanın düşdüyü mövcud ağır vəziyyəti nəzərə alsın və bu vəziyyətdən çıxış yolunu fikirləşsin. Əlbətdə Ermənistanın mövcud vəziyyətdən yeganə çıxış yolu Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirməkdən və ölkəmizin regionda inkişafa, sülhə hədəflənən təşəbbüslərinə qoşulmasından keçir. Təxribatlar, şou mitinqləri və bu tip digər addımlar Ermənistanın bir dövlət kimi məhvinə səbəb olacaq.”

Ruhiyyə
Xəbəri paylaş