Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının nümayəndələrinin görüşəcəyi tarix açıqlanıb.
Newscenter.az-ın məlumatına görə, “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilib.
Vurğulanıb ki, komissiya rəhbərləri Şahin Mustafayev və Mqer Qriqoryan avqustun 30-da görüşəcəklər.
Qeyd edək ki, daha əvvəl görüşün Moskvada keçiriləcəyi barədə məlumat verilmişdi.