Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın daha üç rayonunda ağırlıqqaldırma zalları açılıb

Azərbaycanın daha üç rayonunda ağırlıqqaldırma zalları açılıb


İsmayıllı, Qax və Balakən rayonlarında yeni ağırlıqqaldırma zalları istifadəyə verilib.

Azərbaycan Ağır Atletika Federasiyasından Newscenter.az-a verilən məlumata görə, “Girdiman”, “Kürmük” və BAF klublarının məşq zalları müvafiq avadanlıqlarla təchiz olunub.

Zallarda körpücüklər, məşq üçün dəstlər, fiziki hazırlığı yüksək səviyyədə saxlamaq üçün avadanlıqlar yerləşdirilib.

Yeni idman zallarında isti döşəmə və havalandırma sistemləri qurulub, paltardəyişmə, duş-kabinələri, sauna otaqları, məşqçilərin iş otaqları yaradılıb.

Yeni idman zallarında təcrübəli mütəxəssislərin rəhbərliyi altında müxtəlif yaş qrupları üzrə sistemli məşqlər keçirilir.

Bölgələrdə yeni idman zallarının açılması ağırlıqqaldıranların müxtəlif səviyyəli yarışlara, o cümlədən beynəlxalq turnirlərə hazırlığını təşkil etməyə, o cümlədən yığma komandaların təlim məşq toplanışlarının daha yaxşı təşkil olunmasına imkan verəcək.

Oruc
Xəbəri paylaş